525.Az

Xalçaçı-alim Lətif Kərimovun 115 illiyi qeyd olunub


 

Xalçaçı-alim Lətif Kərimovun 115 illiyi qeyd olunub<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Xalq rəssamı, xalçaşünas-alim Lətif Kərimovun 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən 525.az-a bildirilib ki, tədbirin açılışında görkəmli rəssam Lətif Kərimovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri əsasında Nizami "Xəmsə"sinin motivləri, "M.Füzuli", "İ.Nəsimi", "Memar Əcəmi", "Qarabağ", "Şəbi-hicran" və başqa süjetli xalçalar toxunub.

Xalçaçı-rəssam Lətif Kərimovun təşəbbüsü ilə dünyada birinci Xalça Muzeyinin Bakıda əsası qoyulub.

Dahi rəssamın yaradıcılığı haqqında ətraflı məlumatdan sonra rəsm şöbəsi şagirdlərinin rəssamın eskizləri əsasında hazırladıqları sərgiyə baxış keçirilib.

Tədbirin sonunda Baş İdarənin təşkilatçılığı ilə keçirilən Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.

 





01.12.2021    çap et  çap et