525.Az

Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb


 

Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb<b style="color:red"></b>

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi başa çatıb.

525.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq. Şəhidlərin cənazələri dəfn edilmək üçün II Şəhidlər xiyabanına yola salınıb.
***

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi keçirilir.

525.az APA-ya istinadən xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində təşkil olunan mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

General mayor Ayaz Hüseynov helikopter qəzasında həlak olanların dosyelərini təqdim edib.

Mərasimdə DSX rəisi Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

***

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi keçirilir.

525.az APA-ya istinadən xəbər verir ki, mərasim “Sərhədçi” İdman Kompleksində təşkil olunub. 

 

 

 

Vida mərasimində DSX rəisi Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

 





01.12.2021    çap et  çap et