525.Az

Tranzitlə aparılan tərəvəz yükündə psixotrop maddə aşkar edilib


 

Tranzitlə aparılan tərəvəz yükündə psixotrop maddə aşkar edilib<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

Bu barədə 525.az-a DGK-ya istinadən xəbər verir. Belə ki, İran İslam Respublikasından ölkəmizdən tranzit keçməklə Rusiya Federasiyasına "Badımcan" yükü aparan "Volvo" markalı yük avtomobili Astara gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsinin arxa hissəsində yerləşən yataq yerinin üzərində, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli qovluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd xırda bükümdə, ümumi çəkisi 2 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 





01.12.2021    çap et  çap et