525.Az

FHN proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib


 

FHN proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi (FHN) proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən 525.az-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcəyi ilə bağlı proqnozu əhalinin diqqətinə çatdırılıb.

Bununla əlaqədar nazirlik əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət olunmasını tövsiyə edir: “Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

 





01.12.2021    çap et  çap et