525.Az

Millimizin üzvü karantinə alındı


 

Millimizin üzvü karantinə alındı<b style="color:red"></b>

Azərbaycan millisinin "Tondela"da (Portuqaliya) çıxış edən futbolçusu Renat Dadaşov karantinə alınıb.

525.az xəbər verir ki, buna səbəb komandanın heyətində bir neçə oyunçunun koronavirusa yoluxmasıdır. "Tondela"nın baş məşqçisi Pako Ayestaran, yarımmüdafiəçi Manu Ernando və hücumçu Salvador Aqranın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında "Tondela"da çıxış edir.

 





01.12.2021    çap et  çap et