525.Az

NASA yeni planet kəşf etdi - 1 il 16 saat çəkdi


 

NASA yeni planet kəşf etdi -<b style="color:red"> 1 il 16 saat çəkdi</b>

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), Yerdən minlərlə işıq ili uzaqlıqda kəşf etdiyi yeni planetdə bir ilin cəmi 16 saat davam etdiyini açıqlayıb.

525.az Amerika mətbuatına istinadən xəbər verir ki, "TOI-2109b" adlı planetin ikinci ən isti planet olduğu bildirilir. Yeni elan edilmiş planet elm adamlarının "isti Yupiterlər" adlandırdıqları kateqoriyaya aiddir. Astronomlar bu günə qədər 400-dən çox isti Yupiter aşkarlasa da, heç birinin "TOI-2109b"yə bənzəmədiyini deyirlər.

Massaçusets Texnologiya Universitetinin (MIT) alimi Avi Şporer, "Hər şey onun bir planet olması ilə başladı və biz də başa düşdük ki, çox nadir bir tapıntımız var".

Kütləsi Yupiterdən təqribən beş dəfə böyük olan və ulduzunun ətrafında cəmi 16 saat ərzində dövr edən planetin 10 milyon ildən sonra orada olmaya biləcəyi deyilir.

Qeyd edək ki, Günəş sistemindən kənarda olan planetlərin axtarışı zamanı Yerdən minlərlə işıq ili uzaqlıqdakı ulduzların ətrafında fırlanan 4000-dən çox uzaq dünta aşkar edilib. 

Toğrul İsmayıllı

 





01.12.2021    çap et  çap et