525.Az

Polşanın Belarusla sərhəd ərazilərində kənar şəxslərin yaşaması qadağan edilib


 

Polşanın Belarusla sərhəd ərazilərində kənar şəxslərin yaşaması qadağan edilib<b style="color:red"></b>

Polşanın daxili işlər nazirliyi Belarusla sərhəd ərazilərdə kənar şəxslərin yaşamasına 3 ay müddətinə qadağa qoyub.

525.az xəbər verir ki, qadağa sərhədin 3 km yerləşən 183 yaşayış məntəqəsini əhatə edir.

Sərəncam martın 1-ədək qüvvədə olacaq. Qərar Polşanın dövlət sərhədi haqqında qanuna edilən yeni əlavələrə əsasən parlament tərəfindən qəbul olunub. Qanunun yenilənməsi Belarus, Ukrayna və Rusiya ilə sərhəddəki həssas rayonlarda qadağanın tətbiqinə imkan verir. Yeni qaydalar yerli sakinlərə, orada işləyənlərə, həmçinin, təcili yardım briqadalarına şamil edilməyəcək.

 

 





01.12.2021    çap et  çap et