525.Az

Dünya ölkələri "Omicron" ştammına qarşı tədbirlərə başlayıb


 

Dünya ölkələri "Omicron" ştammına qarşı tədbirlərə başlayıb<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı yaş həddi 60-dan yuxarı olanlar da daxil olmaqla, tam peyvənd olunmayanların, yeni "Omicron" variantının yayılması ilə mübarizə çərçivəsində səyahətlərinin məhdudlaşdırılmasını məsləhət görüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, yeni ştammla əlaqədar bir sıra ölkədə tədbirlər gücləndirilib. ABŞ-da yaranan narahatlıqlar fonunda bütün səyahətçilər, o cümlədən geri qayıdan amerikalılar üçün sərhədlərdə daha sərt koronavirus testi tələb ediləcək. Ölkəyə daxil olan hər kəsdən hansı növ peyvənd olunduğundan və getdiyi ölkədən asılı olmayaraq, uçuşlardan bir gün əvvəl yoxlanılması tələb ediləcək. Sabahdan etibarən isə Kanadaya səyahət üçün peyvənd tələb olunacaq.

Yaponiya da 10 Afrika ölkəsindən rezident statusu olan şəxslərin hələlik ölkəyə daxil olmasının qarşısını almaq üçün əcnəbilərin səyahət qadağasını genişləndirəcəyini söyləyib.

Sinqapur da isə, bütün səyahətçilər üçün məcburi PCR testi və peyvənd edilmiş səyahətçilər üçün əlavə antigen sürətli testləri tələb olunacaq. Dekabrın 2-dən sonra şəhərlərə daxil olan və ya tranzitlə keçən bütün səyahətçilər 2 gün ərzində gediş öncəsi testdən keçməlidirlər.

Honq-Konqda səyahətçilər üçün giriş qadağasını cümə günündən daha üç ölkə - Yaponiya, Portuqaliya və İsveç üçün genişləndirəcək. İndoneziya isə bir neçə Afrika ölkəsi ilə yanaşı, Honq-Konqu da səyahət qadağası siyahısına əlavə edib.

Elm adamları Omicron-un Cənubi Afrikada ilk dəfə aşkarlanmasından bir həftə sonra dünya üçün yaratdığı təhlükənin səviyyəsini müəyyən etməyə çalışırlar. Bundan sonra Şimali Amerika, Asiya və Avropa ölkələrində bu hallar aşkar edilib. Peyvəndlərin hansı səviyyədə qorunma təmin edə biləcəyi bəlli olmasa da, ÜST peyvənd olunmamış, həssas insanlar üçün virusun potensial qaynar nöqtələrinə səyahətə qarşı xəbərdarlıq edib. 

Sevil Gülməmmədova

 





01.12.2021    çap et  çap et