525.Az

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq


 

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq<b style="color:red"></b>

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

525.az-ın məlumatına görə, tədbir saat 10:00-da Bulvar oteldə start götürəcək.

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

 





02.12.2021    çap et  çap et