525.Az

"UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik”


 

"UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik”<b style="color:red"></b>

“Məhz mədəniyyətlər arasında əməkdaşlıqlar olmalıdır. Bu konsepsiyalarda da öz əksini tapıb”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda çox şeylər dəyişib: “44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi və Cənubi Qafqazda böyük imkanlar açıldı. Bizim əsas məqsədimiz sülh əldə etməkdir. Azərbaycan tərəfi Ermənistanla sülh yolu ilə bu münaqişəni həll etmək istəyirdi. İndi də bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Belə sistem yaratmaq istəyirik ki, bizə müxtəlif cür əməkdaşlıq formatını yaratmağa imkan yaransın. Artıq Cənubi Qafqazda ticarət yolları və marşrutlar açılacaq. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi dağıdılıb. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları ilə rastlaşmışıq. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. Biz buna beynəlxalq təşkilatları da cəlb etmək istəyirik. Biz gözləyirik ki, UNESCO bu ərazilərə faktaraşdırıcı missiya göndərsin və o ərazilərə öz rəyini versin. Azərbaycanın UNESCO-da icraiyyət komitəsinə üzv seçilib”.

 





02.12.2021    çap et  çap et