525.Az

Gələn ilin bayram günləri açıqlanıb


 

Gələn ilin bayram günləri açıqlanıb<b style="color:red"></b>

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

525.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

 





02.12.2021    çap et  çap et