525.Az

Muzey Mərkəzində “Can, Laçın” adlı sərgi açılıb


 

Muzey Mərkəzində “Can, Laçın” adlı sərgi açılıb<b style="color:red"></b>

Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin Laçın şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunmuş “Can, Laçın” adlı fərdi sərgisi açılıb.

525.az xəbər verir ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı sərginin əhəmiyyətindən söz açıb.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirilib ki, Laçının düşmən tapdağından azad olunması çox sevincli və önəmli bir hadisədir. Bu gün Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik: “Bu münasibətlə Ali Baş Komandanımıza təşəkkür edirik, qəhrəman şəhidləriminiz ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik”.

Qənirə Paşayeva vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi.

Sonda tədbir iştirakçıların dekabrın 15-dək davam edəcək sərgi ilə tanış olublar.

Sərgidə Yusif Mirzənin Laçına həsr olunan əsərləri nümayiş etdirilib. Bunlar “İlin fəsilləri”, “Nostalji” və “Müharibə” siluetləridir.

Qrafik və rəngkarlıq işləri daxil olmaqla sərgidə 70-ə yaxın əsər nümayiş olunub.

 





02.12.2021    çap et  çap et