525.Az

Azərbaycanda VAR sisteminə vəsait ayrıldı


 

Azərbaycanda VAR sisteminə vəsait ayrıldı<b style="color:red"></b>

Azərbaycan futbolunda tətbiq ediləcək VAR layihəsinə maliyyə vəsaiti ayrılması təsdiqlənib.

525.az xəbər verir ki, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib. Qərara əsasən, VAR layihəsi üçün 500 min dollar məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanda VAR sisteminin 2022-ci ildən tətbiq olunması nəzərdə tutulur.

 





02.12.2021    çap et  çap et