Bakı Sosial-Pedaqoji Kollecində tanınmış şairə Nurəngiz Gün ilə kollec tələbələrinin və müəllim kollektivinin görüşü olub. Nurəngiz Günü görüş iştirakçılarına təqdim edən AYB Ədəbiyyatı Təbliğ Bürosunun direktoru Nazim Əhmədli onun haqqında ətraflı məlumat verib.
Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Rasim Rzaxanov rəhbərlik adından qonaqları salamlayıb və tədbirin əhəmiyyətini vurğulayıb.
Nurəngiz Gün görüşdə şeirlərini oxuyub, həyat və yaradıcılığı haqqında danışıb, sualları cavablandırıb.
Büronun təşkil etdiyi digər bir görüş isə Nəsimi rayonundakı 111 saylı tam orta məktəbdə şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə keçirilib.
Qulu Ağsəsi çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi kimi təqdim edən büro rəhbəri N.Əhmədli onun yaradıcılığını yüksək qiymətləndirib.
Məktəbin direktoru Jalə Hacıyeva görüş təşəbbüsünü alqışlayaraq belə tədbirlərin milli mənəvi dəyərlərin təbliği üçün faydalı olduğunu deyib.
Sonra söz Q.Ağsəsə verilib. O, şeirlərini oxuyub və sualları cavablandırıb.
çap et