525.Az

Yaşı 800 il olan insan qalıqları aşkar edilib - Foto


 

Yaşı 800 il olan insan qalıqları aşkar edilib - <b style="color:red"> Foto </b>

Peruda çalışan arxeoloqlar, 18-22 yaşlarında olan kişiyə aid olduğu ehtimal edilən qalıqları aşkar ediblər.

525.az Türkiyə mediyasına istinadən xəbər verir ki, mumiya Cajamarquilla adlanan qazıntı sahəsində təxminən 10 metr uzunluğunda və  4,5 metr dərinliyindəki bir qəbir kamerasında tapılıb.

Qeyd edək ki, mumiya bağlanmış şəkildə aşkarlanıb. Tapılan insan skletinin üzünü əlləri ilə örtdüyü və iplə möhkəm bağlandığı üçün işgəncə ilə öldürüldüyü güman edilir.

San-Markos Universitetinin tədqiqatçılarının sözlərinə görə, mumiyanın yanında başqa heyvan olduğu ehtimal edilən qalıqlar da tapıblar. 
Cajamarquilla layihəsinə cavabdeh olan arxeoloq Pieter Van Dalen Luna, tapdıqları mumiyanı "qəribə və unikal" adlandırıb. O qeyd edib ki, “Bizim hesablamalarımıza görə, onun ən azı 800 yaşı var”.

Sevil Gülməmmədova

 





02.12.2021    çap et  çap et