525.Az

Xəstənin sağlam ayağını kəsdi, məhkəməlik oldu


 

Xəstənin sağlam ayağını kəsdi, məhkəməlik oldu <b style="color:red"></b>

Avstriyalı cərrah səhv həyata keçirdiyi əməliyyata görə günahlandırılır.

525.az-ın xarici məlumata istinadən verdiyi məlumata görə, cərrah 82 yaşlı xəstənin sağlam ayağını amputasiya etdiyini əməliyyatdan 2 gün sonra anlayıb.  43 yaşlı cərrah bu yanlışın "insan səhvi" ilə bağlı olduğunu söyləməsinə baxmayaraq,  Avstriya məhkəməsi onu kobud səhlənkarlıqda təqsirli bilib. Həkim təxminən 5100 manat (3060 dollar) məbləğində cərimələnib. İş məhkəməyə gələnə qədər xəstə dünyasını dəyişib və məhkəmə xəstənin həyat yoldaşına 2 qat təzminat ödənilməsini təyin edib.

Cərrah isə əməliyyat otağında iş prossesində qüsur olduğunu bildirib. O, hadisədən sonra başqa klinikaya köçüb və qərara görə apellyasiya şikayəti verə biləcəyini söyləyib. Müvafiq qurumun rəhbərliyi açıqlamasında bildirib ki, bu tibbi səhvin səbəbləri və şəraiti ətraflı təhlil edilib, daxili prosedurlarla bağlı komandaya təlimlər keçirilib.

 Sevil Gülməmmədova

 





02.12.2021    çap et  çap et