525.Az

Roskosmos astronavtı günahlandırdı


 

Roskosmos astronavtı günahlandırdı<b style="color:red"></b>


Rusiya Kosmik Agentliyi Roskosmos, 2018-ci ildə Beynəlxalq Kosmik Stansiyasına (İSS) yaxınlaşan "Soyuz MS-09" gəmisində iki millimetrlik çuxur barədə  araşdırma aparıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı BKS-nin ekipaj üzvü amerikalı astronavt Serena Aunon-Kansleri təqsirli bilinib.Roskosmos, kosmonavtın yolu daha az müddət ərzində  qayıtması üçün bu dəliyi açdığını fikrini irəli sürüb. Rus qaynaqları Aunon-Kanslerin qanının laxtalanması səbəbilə psixoloji pozğunluq  keçirdiyini və bir an əvvəl çıxıb evə qayıtmaq istədiyi üçün sözügedən dəliyi açdığını iddia edib.

Roskosmosun 45 yaşlı kosmonavta cinayət işi açacağı gözlənilir.

Sevil Gülməmmədova

 





02.12.2021    çap et  çap et