525.Az

Sabah Zaqatalada qaz təchizatında fasilə yaranacaq


 

Sabah Zaqatalada qaz təchizatında fasilə yaranacaq<b style="color:red"></b>

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 525.az-a “Azəriqaz”a istinadən xəbər verir. Məlumata görə, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

 





02.12.2021    çap et  çap et