525.Az

Kavani "Barselona"ya keçmək istəyir


 

Kavani "Barselona"ya keçmək istəyir<b style="color:red"></b>

"Mançester Yunayted"in futbolçusu Edinson Kavani 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir.

525.az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu "Barselona"ya keçməyi planlaşdırır. Kataloniya klubu mövsümün sonunda azad agent olacaq forvardın keçidində maraqlıdır.

Qeyd edək ki, Kavani 2020-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 5 yuna 1 qol vurub. 

 





02.12.2021    çap et  çap et