525.Az

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb


 

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb <b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya xarici işlər naziri Maykl Linhartla görüşüb.

525.az-ın xəbərinə görə, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya - Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", Avstriya XİN başçısı bildirib.
 

 





02.12.2021    çap et  çap et