525.Az

İki "əla" qanadında


 

İki "əla" qanadında<b style="color:red"></b>

Elşad Qoca - həmişə başı uca... Bu bir söz oyunu deyil, yaxşı deyim xətrinə bu cür yazmıram. Elşad Qoca gerçəkdən belə bir ömür yaşayır.

Elşad Qoca oğlu İsayev 1959-cu il may ayının 2- dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.  Bir müddət "Kənd həyatı", "Günəş" jurnallarında, "Səhər" qəzetində çalışıb. "Günəş" jurnalının redaksiya heyətinin üzvüdür. Dövri mətbuatda hekayə, tərcümə, publisistik yazıları ilə çıxış edir. Hekayələri rus özbək dillərinə tərcümə edilib. "Azərbaycanfilm" kinostudiyasının dublyaj redaksiyası ilə əməkdaşlıq edib, uşaqların böyük maraqla baxdığı "Lenfilm"in "Bumbo da gəldi" filmini dilimizə çevirib. "Sərhəd" qəzetinin hərbi müxbiri olub. Döyüş bölgələrindən yazdığı reportajlara görə Respublika Həmkarlar İttifaqının təsis etdiyi mükafata layiq görülüb.

Azərbaycan Vətən müharibəsi veteranı, Azərbaycan jurnalistlər yazıçılar birliklərinin üzvüdür.

Elşad Qocanın "Oğlum mənim-arxam mənim" adlı ilk kitabı 1998-ci ildə çap edilib. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı uşaq nağılları, hekayələri dünyanın tanınmış uşaq yazıçılarının yaradıcılığından dilimizə çevirdiyi əsərlər toplanıb. Yazıçı-publisistin "Cəllad etirafı"(1999) "Sibir  dərsi"(2000) adlı sonrakı kitablarında 1920-1950-ci illərdə qırmızı bolşevik terrorunun qurbanı olmuş onlarla milli ruhlu ziyalılarımızın, o cümlədən tanınmış nəsillərdən Şahtaxtinskilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Makinskilər, Usubbəyovlar digərlərinin acı taleyindən bəhs olunur.

"Gizli xidmətin sirləri"(2000) kitabında gözə görünməyən cəbhədə-kəşfiyyat, əks-kəşfiyyat xüsusi təyinatlı dəstələrdə çalışmış peşəkarların xatirələri dilimizə tərcümə olunmuşdur.

Müəllifin vətəndaş yanğısıyla qələmə alıb ardıcıl nəşr etdirdiyi iri həcmli "Azərbaycan təhlükəsizlik xüsusi xidmət orqanları"(2000), "Tariximiz taleyimiz"(2001) kitablarında nəhayət, "Azərbaycan xüsusi xidmətləri" (2004) miniatür kitabında 1918-1920-ci illərdə öz milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat, əks-kəşfiyyat orqanlarında çalışmış leytenant Ağalarovun, Yesaul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dadaşovun, Əli Razi Şamçızadənin başqalarının, eləcə Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız polkovnik Məmməd bəy Əliyev Şahzadə Məmmədin fəaliyyəti çoxsaylı arxiv materiallarını əsasən işıqlandırılır.

Elşad Qoca hazırda "Körpülü körpülülər" tarixi-publisistik kitabını tamamlamaq üzrədir. Kitabda indi "Ermənistan" adlandırılan ərazidə qalmış qədim Körpülü kəndinin onun sakinlərinin keşməkeşli taleyindən bəhs olunur.

Xüsusi qeyd etmək lazım gəlir ki, onun hekayələri, xüsusən , repressiya qurbanları, təhlükəsizliyimizi qoruyan peşəkarlar haqqında araşdırmaları oxucuya az məlum olan, amma tanışlığa ehtiyac duyduğu mövzularda yazılmış ədəbi-bədii, publisistik mətnlərdir.

Şəxsən mənim üçün E.Qocanın əsas yaradıcılığı yazdıqlarından daha çox onun Özüdür.

Haqqında yazılmağa layiq bir ömür yaşayanlardandır Elşad Qoca. Onunla ünsiyyət gözəl bir əsər oxumağa bərabərdir.

"Su dünyada ən yumşaq zərif maddədir. Amma bərk möhkəm şeyləri dağıtmaqda tayı-bərabəri yoxdur" (Lao-tszı) fikrini Elşad Qocanı düşünərkən onun təmkininə, eyni zamanda işlərində ardıcıllığına, sonadək getməyinə rəğmən vaxtaşırı xatırlayıram.

O heç bir işi həvəssiz, ehtirassız görmür, fəqət ən coşqun hisslərini çərçivəyə sala bilir. Yalnız özünün, sözünün  hakimi, ağasıdır, heç vaxt kiməsə hakim olmaq istəyində bulunmayıb.

Niyyətinin, fikrinin ardınca onları əmələ çevirincəyədək qoşa bilir. Ən çox özünü xeyirxah düşüncələri ilə qoşa görür. O bir yaxşı əməli hər hansı yaxşı bir əsərdən üstün tutur.

Havamız, suyumuz, qidamızla tən zəmanəmiz çirkləndikcə, Elşad Qoca əməllərinin təmizliyi daha aydın görünür. Bircə Yaradan onun kimiləri arzuolunmaz sandığımız mühitə uyğunlaşma təhlükəsindən qorusun!

Əlli beşinin - iki "əla"sının qanadında həyat yaradıcılıq göylərində pərvaz etməli olan Elşad Qocaya yalnız nailiyyətlərdən ibarət ömür-gün diləməklə gündən-günə daha çox müdriklik arzulayıram.

Q.ƏZİZ

 





02.05.2014    çap et  çap et