525.Az

Mahir Çexiya klubunun diqqətində


 

Mahir Çexiya klubunun diqqətində<b style="color:red"></b>

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli klubdan ayrıla bilər. 

525.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb. Bildirilib ki, əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək. Xəbərdə o da qeyd olunub ki, Mahirlə "Slaviya" (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib. 

Qeyd edək ki, Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Əlavə edək ki, "Legiya" hazırda Polşa çempionatında 12 xalla 16-cıdır. 

 





03.12.2021    çap et  çap et