525.Az

Beynəlxalq Alyans görkəmli alimi təbrik etdi 


 

Beynəlxalq Alyans görkəmli alimi təbrik etdi <b style="color:red"></b>

Ukraynalı tanınmış nevroloq, yeni üsulların və reabilitasiyanın yaradıcısı Vladimir İliç Kozyavkinə Milli Tibb Elmləri Akademiyasının akademiki adı verilib.

525.az xəbər verir ki, bu münasibətlə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı yeni ad münasibətilə akademiki təbrik edib. Təbrik mətnində alimə bundan sonrakı fəaliyyətində uğurlar arzu edilib. Həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin çoxşaxəli və qədim tarixindən söz açılıb. Qeyd edilib ki, xalqlarımız arasında əlaqələr sülh və qardaşlıq şəraitində inkişaf edib. 

Qeyd edək ki, bu münasibətlə Alyans tərəfindən Vladimir İliç Kozyavkinə təqdim edilməsi üçün hədiyyə xalça toxunub. Əl işi olan xalçanın üzərində görkəmli alimin özünün təsviri verilib. 


 

 





03.12.2021    çap et  çap et