525.Az

Sabah ilin sonuncu Günəş tutulması olacaq


 

Sabah ilin sonuncu Günəş tutulması olacaq<b style="color:red"></b>

 

4 dekabr 2021-ci il tarixində cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma tam Günəş tutulması olacaq.

 N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından 525.az-a verilən məlumata görə, Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

 





03.12.2021    çap et  çap et