525.Az

DİM-dən vətəndaşlara müraciət


 

DİM-dən vətəndaşlara müraciət <b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində vətəndaşların qəbulu şöbəsi dekabrın 6-dan etibarən Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.

525.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların qəbulu həftənin I-V günləri saat 9:00-dan 17:00-dək həyata keçirilir. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Vətəndaşlar öz müraciətlərini Mərkəzə gəlmədən, 1653 "Çağrı xidməti" vasitəsilə də edə bilərlər. Onlar Mərkəzin [email protected] elektron poçt ünvanına yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

 





03.12.2021    çap et  çap et