Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Lukoyl” şirkətinin 30 illik yubileyi ilə əlaqədar “Lukoyl Moldova”nın rəhbəri Feyruz İsayev “Dostluq” ordeni ilə təltif edilib.
525.az xəbər verir ki, mükafatlandırma mərasimi noyabrın 26-da Kremldə baş tutub. Orden Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko tərəfindən Feyruz İsayevə təqdim edilib. “Lukoil Moldova” ən böyük vergi ödəyicilərindən və neft məhsulları bazarında liderlərdən biridir. Eyni zamanda, “Lukoyl Moldova” 1500-ə yaxın insanı işlə təmin edir.
Feyruz İsayev bundan əvvəl Moldovanın “Qloriya Munçiy” və “Şərəf ordeni” kimi medal və ordenlərlə təltif edilib.