525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu mədəni əlaqələrinin sərhədlərini genişləndirir - Foto


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu mədəni əlaqələrinin sərhədlərini genişləndirir -<b style="color:red"> Foto</b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Kirabayev, Özbəkistan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Boboyev və Macarıstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Orsolya Zsuzsanna Kovács ilə görüşüb. 

525.az xəbər verir ki, Görüşlərdə Fond ilə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Türk xalqlarının bir-birinə yaxınlaşdırılması istiqamətində birgə atılacaq addımların vacibliyi kimi məsələlər müzakirə edilib. Səfirlər Fond tərəfindən Türk Dünyasının mədəni həyatının inkişafı yönündə önəmli işlər görüldüyünü qeyd edərək, təşkilatın keçirdiyi layihə və tədbirlərə dəstək verəcəklərini bildiriblər. 

Səfər çərçivəsində Fondun prezidenti eyni zamanda Polşada fəaliyyət göstərən Varşava, Krakov, Vrostlav universitetlərinin türkoloq alimləri ilə də görüşüb. Görüşdə Türk Dünyasının zəngin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkoloqlar görüşdə çoxəsrlik tarixə malik Türk xalqlarının irsinin mühafizəsi və araşdırılması istiqamətində Fondun çoxyönlü fəaliyyətini yüksək qiymətləndiriblər.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib. 

Görüşlər gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrlə davam edib. 

 

 





03.12.2021    çap et  çap et