525.Az

Ronaldo ən çox qol vuran futbolçu olub


 

Ronaldo ən çox qol vuran futbolçu olub<b style="color:red"></b>

Kriştiano Ronaldo rəsmi olaraq 800-dən çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə "Premyer liqası"nın 14-cü turunda "Old Trafford"da "Arsenal"a qarşı keçirilən oyunda 52-ci və 70-ci dəqiqələrdə 2 qola imza ataraq (3-2) hesabı ilə qalib gəldikləri matçda 801-ci qolunu vurub. Ulduz futbolmu bu uğuru ilə 800-dən çox qol vuran ilk və hələki tək oyunçudur.

Qeyd edək ki, Kriştiano 700-cü qolunu Ukrayna milli komandasına, 600-ü "Yuventus"a, 500-ü "Malmo"ya, 400-ü "Selta Viqo"a, 300-ü "Qranada"a, 200-ü "Valensiya"a və 100-cü qolunu "Tottenhem"ə vurub.

Məhəmməd Tağıyev

 





03.12.2021    çap et  çap et