525.Az

Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib


 

Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib<b style="color:red"></b>

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanına layiq görülüb.

525.az xəbər verir ki, mükafatı Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova təqdim edib.

“Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin ali mükafatıdır.

 





03.12.2021    çap et  çap et