"Atletico Mineiro" 2021-ci ilin qalibi olub və tarixində 2-ci dəfə ölkə çempionatı kubokunu qazanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir, Braziliya "Seria A" liqasının son turunda "Atletico" rəqibi "Bahia"nı 3-2 hesabı ilə məğlub edərək ölkə çempionu olub. Keno və Hulkun qolları ilə qalib gələn "Atletico" axırıncı dəfə 1970/1971-ci mövsümündə ölkə çempionu olub.
Qeyd edək ki, eyniadlı klubun muzeyində 8 kubok var və 2013-cü ildə "Copa Libertatores" kubokunu qazanıb.
Məhəmməd Tağıyev