525.Az

Luqansk Prokurorluğu dinc yolla separatçılardan təmizlənib


 

Luqansk Prokurorluğu dinc yolla separatçılardan təmizlənib<b style="color:red"></b>

Ukraynanın Luqansk vilayət Prokurorluğunun binası dinc yolla silahlı separatçılardan geri alınıb.

APA-nın “tsn.ua” saytına istinadən verdiyi xəbərə görə, mayın 2-nə keçə gecə uzun sürən danışıqlardan sonra silahlı şəxslər prokurorluq binasını tərk edib.
 
Luqansk Prokurorluğunun mətbuat katibi Marina Bragina hər şeyin sakitliklə həll olunduğunu söyləyib: “Bina gecə uzun sürən danışıqlardan sonra azad edilib. Heç kim zərər çəkməyib. Hazırda orada operativ-istintaq qrupu çalışır. Əməkdaşlar bu gün nahardan sonra işə çıxacaq”.  
 
M. Bragina bildirib ki, hələlik binaya daxil olmadığı üçün içəridə rəsmi sənədlərin məhv edilib-edilmədiyini bilmir.
 
Qeyd edək ki, separatçılar aprelin 29-da Luqansk Prokurorluğunun binasını ələ keçirmişdi.

 





02.05.2014    çap et  çap et