525.Az

Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitab


 

Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitab<b style="color:red"></b>

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrasına başlanılıb.

Təhsil nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrasına başlanılıb.

Layihə rəhbəri Samirə Əmrahovanın sözlərinə görə, layihənin əsas məqsədi yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.
   

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 





04.12.2021    çap et  çap et