525.Az

Şəmkirdə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib


 

Şəmkirdə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib<b style="color:red"></b>

03.12.2021-ci il tarixində Şəmkir rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mərkəzi parkında yerləşən Əyləncə Mərkəzində Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət  göstərən Distant Təhsil Mərkəzinin fiziki qüsurlu uşaqlarının iştirakı ilə 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
Daha sonra tədbir bədii hissə ilə davam edərək uşaqlara hədiyyələr təqdim edilib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir

 





04.12.2021    çap et  çap et