525.Az

“Yevlaxda doğuş zamanı baş verən ana və uşaq ölümü Səhiyyə Nazirliyi tərəfindən araşdırılır”


 

“Yevlaxda doğuş zamanı baş verən ana və uşaq ölümü Səhiyyə Nazirliyi tərəfindən araşdırılır”<b style="color:red"></b>

“Ötən gün Yevlax rayonunda doğuş zamanı baş verən ana və uşaq ölümünün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.
 
 
A. Qədirli bildirib ki, uşaq ölü doğulub: “Uşaqda intranatal ölüm baş verib və əməliyyat nəticəsində qanaxma olub. Elə buna görə də, ananı xilas etmək mümkün olmayıb”.
 
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Pərvanə Qurbanova Xaldan qəsəbə xəstəxanasında doğuş zamanı dünyasını dəyişib. Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb. P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.

 





02.05.2014    çap et  çap et