525.Az

Zakir Qaralov Cəlilabadda əhaliylə görüşəcək


 

Zakir Qaralov Cəlilabadda əhaliylə görüşəcək<b style="color:red"></b>

Baş prokuror Zakir Qaralov Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə qəbul mayın 16-ı saat 11.00-da keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 





02.05.2014    çap et  çap et