Bu gün paytaxtda elan olunan ümumşəhər sanitar günü ilə bağlı dezinfeksiya tədbirləri keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, həyata keçirilən sanitar tədbirlərində kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər. Gün ərzində həyata keçirilən işlər zamanı 550 küçə dezinfeksiya olunub: "Əminik ki, qalib ölkənin vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılayacağıq".