525.Az

Şabranda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıblar


 

Şabranda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıblar<b style="color:red"></b>

Yaşadıqları ünvanları tərk edən koronavirus xəstələri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 525.az-a verilən məlumata görə, Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

 





04.12.2021    çap et  çap et