525.Az

Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib


 

Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib<b style="color:red"></b>

Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən 525.az-a verilən məlumata görə, mina xəritələri aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfinə verilib.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

 





04.12.2021    çap et  çap et