525.Az

Oyuna itlərlə daxil oldular - Foto


 

Oyuna itlərlə daxil oldular -<b style="color:red"> Foto</b>

“Zenit” futbolçuları meydana qeyri-ənənəvi formada daxil olublar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya "Premyer liqası"nın 17-ci turunda "Gazprom Arena"da "Rostov"la qarşılaşan Sankt-Peterburq təmsilçisi "Zenit"in futbolçuları oyuna yerli heyvan sığınacağından olan itlərlə daxil olublar. Bu hadisənin əsas məqsədi isə evsiz və sahibsiz heyvanlara daha çox mərhəmətlə yaxınlaşmağın vacibliyi olub. 4 qol vurulan oyunda isə tərəflər hərəyə 1 xal qazanaraq yoluna davam edib.

Qeyd edək ki, son Rusiya çempionu "Zenit" eyniadlı çempionatın 7 dəfə qalibi olub və "ÇL"da geriyə 1 oyunu qalıb. Dekabrın 8-i "Çelsi" ilə qarşılaşacaq olan "Zenit" 1 xal qazansa, "Avropa liqası"na getməyi qarantiləyəcək.

Məhəmməd Tağıyev

 





04.12.2021    çap et  çap et