525.Az

“Qravüra sənəti mədəniyyətlərin əks-sədası kimi” adlı sərgi keçirilib


 

“Qravüra sənəti mədəniyyətlərin əks-sədası kimi” adlı sərgi keçirilib<b style="color:red"></b>

“NUR Art House” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə “Qravüra sənəti mədəniyyətlərin əks-sədası kimi” proqram sərgisini təşkil etdi.

525.az xəbər verir ki, dekabrın 3-ü saat 19:00-da açılan sərgidə qravüra sənətinin tarixi, növləri, üslubları və Azərbaycanda qravüra sənətinin inkişaf yollarına həsr olundu. Məqsədimiz texniki cəhətdən çətin olsa da, qədim tarixə malik, Qobustan qayaüstü rəsmlərindən, damğalardan, möhürlərdən, mis, dəmir və ağac üzərində döymələrdən başlayıb, kağız üzərində xəttatlıq sənətindən bəhrələnən, XII əsrdə Avropada incəsənət növü kimi formalaşandan sonra, yenidən Şərqin nəfisliyindən qaynaqlanaraq ornamental xüsusiyyət alan və miniatür sənətinin, kitab nəşrinin özəlliklərini ağ-qara, bir neçə rənglə ifadə edərək poliqrafiyanın inkişafına təkan verib və daim gündəmdə olan incəsənətin bu növünün gənclər arasında tanıtımı, qravüra ilə məşğul olan peşəkar rəssamların əsərlərinin təqdimatı və onlarla gənclər arasında körpünün yaradılmasıdır. Eyni zamanda, gələcəkdə ali təhsil ocaqlarında qravüra sənətinin tədrisini inkişaf etdirmək və ölkəmizi bu sahədə də beynəlxalq aləmdə tanıtmaq üçün töhfə verməkdir.

Sərgidə tanınmış Azərbaycan rəssamlarından Rasim Babayevin, Elçin Hami Axundovun, qravüra sənətini özünə yol seçmiş istedadlı rəssam Fidan Salahovanın və ADMİU tələbələrinin əsərləri nümayiş etdirildi. Qalereyaya “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən hədiyyə edilmiş görkəmli rus rəssamı, qravüraçı İvan İvanoviç Şişkinin ofortlarının

fotoları isə qravüra sənətinin janrlarına səyahəti təmin etmişdir.

Tamaşaçılar qravüra sənətinin tarixi və ümumdünya mədəni irsinə töhfə vermiş sənətkarların müxtəlif üslublarda hazırladıqları əsərlərinə həsr olunmuş audiovizual materiallarla tanış oldu, tanınmış rəssamların iştirakı ilə ustad dərslərində iştirak edib sənətin sirlərini ustalardan öyrəndilər.

 





04.12.2021    çap et  çap et