525.Az

Yerusəlimdə israillini bıçaqlayan fələstinli güllələnib


 

Yerusəlimdə israillini bıçaqlayan fələstinli güllələnib<b style="color:red"></b>

Yerusəlimdə (Qüds) fələstinli israilliyə hücum edərək onu bıçaqlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, bıçaqlanan şəxsin İsrail dini icmasının 20 yaşlı üzvü olduğu bildirilir.

Polis cavab atəşi ilə fələstinlini zərərsizləşdirib.

“Kan” radiosunun məlumatına görə, hücum edən 25 yaşlı fələstinli aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

İsrail mediası fələstinlinin İordan çayının qərb sahilindəki Salfit kənd sakini olduğunu yazır.

 





04.12.2021    çap et  çap et