525.Az

“Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər”


 

“Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər”<b style="color:red"></b>

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri olduğu üçün iki ölkə arasındakı yaşanan gərginliyin azaldılmasında üzərinə düşəni yerinə yetirməyə çalışacağını bildirib.

525.az xəbər verir ki, “Anadolu”ya istinadən verdiyi məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun evsahibliyi ilə keçirilən Aralıq dənizi Dialoq Forumu ilə əlaqədar Romada səfərdə olan İbrahim Kalın Türkiyə ətrafında baş verən regional və beynəlxalq hadisələri dəyərləndirərkən bu barədə bildirib.

İ.Kalın deyib ki, bu məsələ ilə bağlı əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Valdimir Putin arasında dialoq təşkil edə bilər.

"Əsas çağırışımız təbii ki, bu problemi öncə öz aralarında həll etmələridir. Əgər bu baş tutsa, ideal vəziyyət olardı. Amma bu baş verməsə, Türkiyə də rol oynaya bilər”, deyən prezident sözçüsü bildirib ki, Türkiyənin bu məsələdə konstruktiv rol oynayaraq tərəfləri bir araya gətirməsi mümkündür, çünki hər iki tərəflə yaxşı münasibətlər var.

“Bir çox Qərb dövlətlərinin Rusiya ilə birbaşa konstruktiv əlaqələri yoxdur, amma Türkiyənin belə bir xüsusi mövqeyi var. Təbii ki, hər iki tərəf buna müsbət baxarsa, Türkiyə müsbət rol oynaya bilər”, deyə İ.Kalın bildirib.

 





04.12.2021    çap et  çap et