525.Az

Erməni təxribatçının cəsədi təhvil verildi


 

Erməni təxribatçının cəsədi təhvil verildi<b style="color:red"></b>

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.

525.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.

 





05.12.2021    çap et  çap et