525.Az

Bakı metrosunda sərnişin relsin üstünə düşüb


 

Bakı metrosunda sərnişin relsin üstünə düşüb<b style="color:red"></b>

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Bakı metropoliteni" QSC-dən 525.az-a verilən məlumata görə, hadisə ilə bağlı, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

 





05.12.2021    çap et  çap et