Suriyanın Əl-Tənf qəsəbəsi yaxınlığında yerləşən ABŞ və Qərb koalisiyasının hərbi bazasına hücum edilib.
525.az APA-ya istinadən xəbər verir ki, Suriyanın Homs əyalətində, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tənfdakı koalisiya bazasına yaxın əraziyə bir neçə zərbə endirilib.
Suriya televiziyası xəbər verir ki, bazanın içərisində bir neçə partlayış səsi eşidilib.