525.Az

“Azərbaycanda “Hürkuş” təlim təyyarəsinə çox maraq var”


 

“Azərbaycanda “Hürkuş” təlim təyyarəsinə çox maraq var”<b style="color:red"></b>

“Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Hürkuş” təlim təyyarəsi ilə xüsusilə maraqlanır”.

525.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Milliyet” qəzetinə müsahibəsində bildirib.

İ.Dəmir deyib ki, Türkiyə istehsalı olan amfibiya hücum gəmisi “TCG Anadolu”nun 2022-ci ildə istifadəyə verilməsi gözlənilir və gəmiyə silahlı və silahsız pilotsuz uçuş aparatları olan İHA/SİHA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir: “Hürkuş” da Azərbaycanda çox marağa səbəb olub. Bu məsələdə tezliklə inkişaflar gözləyirik”.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.

 





05.12.2021    çap et  çap et