525.Az

Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək


 

Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərdə səfərdə olacaq.

525.az-ın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən məlumatına görə, R.T.Ərdoğan sabah Dohada başlanacaq Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə-Qətər əlaqələri müzakirə ediləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlarla bağlı danışıq aparılacaq.

Şuranın iclasında ikitərəfli əlaqələrin inkişafı üçün qəbul ediləcək müqavilələrin də gündəlikdə yer alacağı bildirilir.

Görüşlərdə regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.

 





05.12.2021    çap et  çap et