525.Az

“Formula-1” yarışında qəza baş verib


 

“Formula-1” yarışında qəza baş verib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında keçirilən “Formula-1” yarışında qəza baş verib.

525.az xəbər verir ki, “Haas” komandasının almaniyalı sürücüsü Mik Şumaxer 10-cu dövrədə qəzaya düşüb.

Pilot yoldan çıxaraq yarış avtomobilini zədələyib. Şumaxer özü ciddi xəsarət almadan avtomobili tərk edə bilib.

Yarışda Maks Ferstappen, Luis Hemilton və Valteri Bottas liderlik edirlər.

 





05.12.2021    çap et  çap et