525.Az

“Qarabağ”ın rəqibi evdə xal itirdi


 

“Qarabağ”ın rəqibi evdə xal itirdi<b style="color:red"></b>

İsveçrə çempionatında 16-cı turun oyunları keçirilib.

525.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” doğma meydanda “Lozanna” ilə qarşılaşıb. “Görüş 1:1 hesabı ilə başa çatıb. "Bazel"in qolunu 90+5-ci dəqiqədə Paytim Kasami vurub.

“Bazel” 16 turdan sonra 30 xalla 10 kollektiv ikinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 9-da İsveçrədə olacaq.

 





05.12.2021    çap et  çap et