525.Az

Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb


 

 Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb<b style="color:red"></b>

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb.

525.az xəbər verir ki, İctimai şuranın sədri Gəray Əlibəyov, şura sədrinin müavini Şahin Qədirov, şura üzvü Samirə Mustafayeva şuranın gördüyü, görməyi planlaşdırdığı işlər, ölkənin mədəniyyət təsərrüfatında müşahidə olunan müxtəlif məsələlər - uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, müraciətləri, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüblər

Komitə sədri bu görüşün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərdən sonra ilk dəfə baş tutduğunu, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə keçirməyin ümumi işə faydalı olacağını bildirib, onları məsuliyyətli vəzifəyə seçkilərdə uğur qazandıqlarına görə təbrik edib. Şura üzvlərinə yaradıcılıqda və təşkilatı fəaliyyətdə uğurlar arzulayan Q.Paşayeva, yaxın vaxtda Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın birgə toplantısını keçirməyi təklif edib.

Komitə sədri şura üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

 





06.12.2021    çap et  çap et